Texniki şərtlər

 

1. Videoconvert.com haqqında

Videoconvert.com MANDARINE INTERNATIONAL S.A.-nın veb saytıdır, onun baş ofisi 28-30 Academiei Küçəsi, 8-ci mərtəbə, 1-ci Mikrarayon, Buxarest, Ruminya ünvanında yerləşir, və o Videoconvert.com-u alan və idarə edən cəmiyyətin adına J40/8533/2016, CUI 36225888 nömrəsi altında, Dövlət Ticarət Qeydiyyatından keçmişdir (bundan sonra Videoconvert).

 

Videoconvert istifadəçilərə mövcud “Texniki Şərtlər” bölməsində qeyd edilmiş açıq müddəalar altında bir video formatında olan faylları mp3, mp4, avi və ya istənilən digər bir audio formata çevirmə imkanı təqdim edən pulsuz konverter proqramıdır.

 

Videoconvert-dən istifadənin, onun mövcud texniki şərtlərinə istifadəçi tərəfindən heç bir qeyd-şərtsiz əməl edilməli olduğu amilini nəzərə alaraq, sizə mövcud Texniki Şərtləri diqqətlə oxumaq üçün yetərli vaxt ayırmanızı tövsiyə edirik. Biz həm də mövcud Texniki Şərtlərin yenilənmiş versiyasını əldə etmənizi və vaxtaşırı oxumanızı tövsiyə edirik ki, ən son dəyişikliklərdən xəbərdar olasınız. Biz qeyd-şərtsiz bu cür dəyişikliklər etmə haqqına sahibik.

 

Bu şərtlər, Videoconvert.com veb saytına daxil olmaq üçün istifadə etdiyiniz cihazdan (masaüstü, dizüstü kompüterlər və ya mobil telefon veb brauzerləri, rəqəmsal televizor, mobil telefonlar, avtomobil kompüterləri, portativ rəqəmsal cihazlar və istənilən digər mobil cihazlar, yaxud da hazırda qəbul edilmiş və ya gələcəkdə yaranacaq texnologiya daxil, amma bunlarla məhdudlaşmayan) asılı olmayaraq, onların hamısına şamil edilir.

 

Videoconvert konverter üçün təyin olunmuş heç bir fayla malik deyil. Yüklədiyiniz URL, yalnız konvertasiya əməliyyatının tamamlanması üçün tələb olunan müddət ərzində, yaxud da, xidmətlərimizi optimallaşdırmaq üçün lazımi statistik prosedurlar əldə etmək məqsədilə müəyyən vaxt çərçivəsində saxlanacaqdır.

2. Təriflər

“Videoconvert Məzmunu” hər hansı bir mətin, qrafik, səhifə tərtibatı, loqolar, şəkillər, audio materiallar, filmlər və ya digər hərəkətli şəkillər, veb saytda daimi və müvəqqəti olaraq çıxan məqalələr, o cümlədən, istifadəçi üçün veb saytda istənilən formada dərc olunmuş məhsul və /və ya proqram təminatı ilə əlaqədar təfərrüatlar, yaxud da veb sayt tərəfindən təmin olunan istənilən məhsulları əhatə edir.

 

“Ticarət markası” termini, veb saytda dərc olunan hər hansı və ya bütün loqolar marka adları, istehsalçı adları, kommersiya adları və xidmət markalarıdır (qeydiyyatdan keçib-keçmədiklərindən asılı olmayaraq).

 

“Müəllif Hüququ” termini, müəllif hüquqları və digər əlaqədar hüquqlar haqqında 8/1996 nömrəli Qanunda, eləcə də Rumıniyanın tabe olduğu beynəlxalq konvensiyalarda nəzərdə tutulduğu kimi, əsərin bütün əxlaqı və irsi xüsusiyyətlərinə sahib yeganə müəllifini tanımaq və qəbul etmək haqqı mənasını ifadə edir.

 

“Konverter” termini audio faylları bir formatdan digərinə çevirmə qabiliyyətinə sahib proqram təminatıdır (məs., FLAC-dan MP3-ə) və o, ən keyfiyyətli səsi əldə etmək məqsədilə hər bir çıxış faylı formatı üçün kodlaşdırma parametrləri seçir.

3. Ümumi İstifadə Şərtləri

Videoconvert, veb saytın təqdim etdiyi məhsullardan / xidmətlərdən istifadə iznini yalnız mövcud texniki şərtlərə tam uyğun hərəkət etdiyiniz təqdirdə verir. Videoconverter.com veb saytına daxil olma və ondan istifadə mövcud qayda və nizamnamələrin qəbulu və onların yerinə yetirilməsindən asılıdır. Aşağıdakı şərtlər veb sayta daxil olan və /və ya ondan istifadə edən hər bir şəxsə şamil olunur.

Veb saytın təmin etdiyi xidmətlərdən istifadə etmək üçün, Videoconvert-in şərtlərinə əməl etmək haqqında hüquqi səlahiyyətə sahib olmalı, yaxud da bu veb sayta valideyn və qəyyumlarınızın izni ilə, onların nəzarət və səlahiyyəti altında baxmalısınız.

 

Videoconvert.com veb saytına daxil olmaq və ondan istifadə etməklə, siz aşağıdakı müddəaların hamısı ilə razılaşır və buna görə də Videoconvert ilə hüquqi tabeçilik haqqına müqaviləni qəbul etmiş hesab olunursunuz. Videoconvert tərəfindən qeyd olunmuş Texniki Şərtlərdəki müddəaları qismən və ya tamamilə qəbul etmədiyiniz, həmin veb sayta bu Texniki Şərtləri qəbul etmə niyyətiniz olmadan təsadüfən daxil olduğunuz və ya Videoconvert-dən istifadə üçün mövcud Texniki Şərtləri tam anlamaq, yaxud da qəbul etmək qabiliyyətinə malik olmadığınız hallarda lütfən veb saytdan dərhal çıxın və Videoconvert məhsullarının heç birindən istifadə etməyin.

 

Ziyarətçilərin veb sayta pulsuz giriş haqqı var, onlar Videoconvert Texniki Şərtlərinin qaydalarına müvafiq olaraq, eyni zamanda yalnız hüquqla əlaqədar nizamlamalara, beynəlxalq konvensiyalara əməl etməklə, üçüncü şəxslərin haqq və mənafelərini pozmadan, sadəcə şəxsi və qeyri-kommersiya məqsədləri ilə veb saytdan eləcə də konvert edilmiş fayldan istifadə edə bilərlər.

 

Bu sənəddə qeyd olunmuş şərtlərə görə, Videoconvert-in məzmunu yalnız şəxsi məqsədlərlə istifadə üçün təmin olunur və Videoconvert-in əvvəldən yazılı razılığı olmadan, mövcud şərtlərdə qeyd olunanlardan başqa və ya digər heç bir məqsədlə surəti çıxarıla, paylana, köçürülə, dərc edilə, göstərilə, satıla, lisenziyalaşdırıla və ya başqa bir yolla istismar edilə bilməz. Videoconvert konverter proqramı, Videoconvert konverter-dən birbaşa istifadə etmək istəyən digər veb saytlar (veb-master) tərəfindən istifadə oluna bilər.

 

Bu Texniki Şərtlərin hər hansı bir müddəası pozulduqda, biz istənilən istifadəçinin Videoconvert veb saytına girişini əvvəldən bildiriş və istinad göstərmədən dərhal məhdudlaşdırma və ya dayandırma haqqına sahibik.

 

Pulsuz bir xidmət sahibi kimi Videoconvert veb saytının administratoru və veb masteri heç bir rəsmi və ön xəbərdarlığa, bildirişə gərək duymadan, bir tərəfli, istinadsız və, qeyri-şərtsiz olaraq, öz arzusu əsasında Videoconvert xidmətlərinin dayandırılmasına və ya kəsilməsinə qərar verə bilər. Onlar həm də birtərəfli, istinadsız olaraq və öz istəyi ilə istənilən istifadəçinin Videoconvert səhifəsinə və /və ya konverter istifadəsinə girişini rədd edə bilər.

 

Veb saytın üçüncü şəxslər tərəfindən istifadəsi və istismarına mane olmaq, veb saytın yaxşı funksiya göstərməsinə təsir edə bilən kompüter viruslarının və digər ünsürlərin ötürülməsi ciddi şəkildə qadağandır.
Bir insanın eyni vaxt ərzində adi onlayn veb brauzerlə məntiqəuyğun formada veb sayt serverinə göndərə biləcəyindən daha çox tələb mesajı göndərmək niyyəti ilə Videoconvert-ə daxil olmaq üçün “robotlar” , “hörümçəklər”, “oflyan oxuyucular” və s. daxil, ama bunlarla məhdudlaşmayan istənilən avtomatlaşdırılmış sistemdən istifadə qadağandır.

 

Videoconvert veb saytından məlumat və ya şəxsi kimlik verilənlərinin toplanması, o cümlədən veb saytda təqdim olunan kommunikasiya sistemlərinin kommersiya məqsədli istifadəsi qadağandır.
Videoconvert veb saytından istifadə etməklə, veb saytın təhlükəsizlik sistemi və ya veb sayta yerləşdirilmiş məzmunun istifadəsinin və ya təkrarlanmasının qarşısını alan və bunları məhdudlaşdıran sistemləri, yaxud da veb saytın istifadəsinə məhdudiyyətlər qoyan sistemləri bu və ya digər formada yox etməmək, bağlamamaq və onlara müdaxilə etməməyi qəbul etmiş hesab olunursunuz.

4. Hüququ, üçüncü şəxslərin haqlarını və əqli mülkiyyət hüququnu qəbul etmək

Videoconvert üçüncü şəxslərin haqlarının pozulmaması üçün istifadəçilərə onların öz şəxsi və ekslüziv öhdəlikləri altında istifadə edə biləcəkləri onlayn bir konverter təqdim edir.

 

Videoconvert istifadəçinin qanuni şəkildə istifadə haqqına sahib olduğu, eləcə də yüklənməsi, konvertasiyası və istifadəsi üçün hər hansı bir qanuni məhdudiyyəti olmayan video formatlı faylların (məs., şəxsi videonun, haqları müəllifi tərəfindən açıqlanmış video faylını müəllif hüquqları və əlaqədar hüquqlar haqqında 8/1996 nömrəli Rumıniya Qanununun 33-cü maddəsində qeyd olunmuş istisnalara müvafiq video faylını təhsil məqsədli video faylını yükləmə və ya konvert etmə, müəyyən məhdudiyyətlərlə və müvafiq hüquqi şərtlərlə, yaxud da qanunla nəzərdə tutulmuş digər hallarda mümkündür) çevrilməsində mütləq şəkildə istifadə oluna bilər. Konvertasiyanın sonunda əldə olunan fayllar, yalnız şəxsi məqsədlərlə istifadə oluna bilər və heç bir halda kommersiya məqsədilə istifadə oluna bilməz. İstifadəçi heç bir yolla və heç bir şərt altında əldə etdiyi mp3 faylının məzmununu ictimaiyyətə yaya bilməz.

 

Videoconvert əqli mülkiyyət hüququnun pozulması ilə əlaqədar fəaliyyətlər daxil, veb saytı vasitəsilə heç bir qanunsuz fəaliyyətə izin vermir. Siz digər şəxslərin məxfilik haqqına müqavilələrini və müəllif hüquqlarını pozan qeyri-qanuni yollarla əldə edilmiş qanunsuz məlumatları əhatə edən faylların konvertasiyası üçün Videoconvert -dən istifadə etmək haqqına sahib deyilsiniz. Bu şərtlərdən hər hansı birinin pozulması sizi qanun qarşısında məsuliyyətə cəlb edir.

 

Lütfən faylları və ya istənilən materialları veb sayta və /və ya veb saytdan yükləyərkən, eləcə də oradan götürərkən (konverter və ya digər hər hansı bir yolla istifadə üçün), üçüncü şəxslərə məxsus əqli mülkiyyət hüququnu və ya onların digər haqlarını pozmadığınızdan əmin olun. Videoconvert saytından yüklənən materiallar (konverter istifadəsi və ya digər bir məqsədlə) digər saytlardan götürüldükdə, siz əlaqədar digər veb saytların da bu məlumatın, verilənlərin və materialların idarəetməsi və istifadəsi haqqında siyasətlərini qəbul edir və onlara tabe olursunuz. Sizdən bu veb saytların da texniki şərtlərini, həmçinin istifadə şərtlərini tənzimləyən hər hansı digər sənədlərini oxumağınızı və tanımağınızı xahiş edirik, əks təqdirdə siz müvafiq materialların sahiblik və istifadə şərtlərini poza və məsuliyyətə cəlb oluna bilərsiniz. Digər veb saytlardan götürülmüş məlumat və məzmundan istifadəyə imkan verən hüquqi şərtlər istifadəçinin ölkəsində qüvvədə olan qanunlara və ya veb sayt sahibinin əsaslandığı qanunlara görə dəyişə bilər. Siz bu hüquqi tələblər haqqında xəbərdar olmaq və onlara əməl etməkdən öhdəlik daşıyırsınız.

 

İstifadəçi, üçüncü tərəflərin veb saytlarından öz cihazına və Videoconvert veb saytına yüklədiyi məlumata dair bütün fəaliyyətləri üçün tam məsuliyyət daşıyır. Konvert edilmək üçün yüklənmiş məzmunun müəllif hüququ üçüncü şəxsə aiddir, bu işin istifadə və istismar olunacağı şərtlər əvvəldən haqq sahibi ilə razılaşdırılmalıdır. İstifadəçi Videoconvert-dən istifadənin hüquqiliyindən məsuliyyət daşıyır. Videoconvert İT və ya kompüter elmləri sahəsində texniki məhsulların yeganə təminatçısı kimi çıxış edərək sadəcə lazımi texniki platformanı təqdim edir. Videoconvert, konvertasiya üçün yüklənmiş, yaxud da İstifadəçi və ya istənilən üçüncü tərəfə dair artıq konvert edilmiş məlumatın istifadə yolunun qanunauyğunluğundan heç bir məsuliyyət daşımır.

 

Qüvvədə olan qanunlara, xüsusilə də əqli mülkiyyətlə əlaqədar qanunlara əməl etmədən bizim Videoconvert konverterindən istifadə etmək Videoconvert.com veb sayt xidmətlərinə olan istifadəçi girişinizin qadağan olunmasına, daha sonra isə heç bir ön xəbərdarlıq olmadan bloklanmasına səbəb ola bilər.

 

Videoconvert.com veb saytı və onun tam məzmunu: proqramları, ticarət markaları, loqoları, qrafikləri, mətnləri, audio və ya video faylları, fotoşəkilləri, sxemləri, proqram təminatı və verilənlər bazası, eləcə də veb saytda çıxan istənilən digər materialları müəllif hüquqları ilə qorunur və Mandarine International S.A., yaxud da onun ortaqlarına məxsusdur.

 

Veb sayt və onun məzmunu müəllif hüquqları və əqli mülkiyyət haqqında Rumıniya qanunu, eləcə də müəllif hüquqlarına dair digər qüvvədə olan beynəlxalq qanunlarla qorunur. Videoconvert loqosunun və ya Mandarine International S.A.-ya məxsus digər ticarət markalarının istifadəsi, yaxud da Videoconvert və ya Mandarine International S.A. adı ilə əlaqədar olan ticarət markalarının istifadəsi əvvəldən bizim yazılı iznimiz olmadan qadağandır.

 

Veb saytda əsas istifadə vasitəsi sayılan proqram təminatının səlahiyyətsiz surətini çıxarmaq, yenidən yaratmaq, dəyişdirmək və köçürmək müəllif hüququ sahibinin icazəsi xaricində qəti qadağandır.

 

Videoconvert veb saytından qeyri-müvafiq istifadə nəticəsində müəllif hüquqlarınızın pozulduğunu hesab etdiyiniz an, sizdən haqlarınızın pozulmasına dair, bu məsələnin sübutu kimi qanunsuz istifadənin tarixini də göstərməklə bizə bildiriş göndərərək xəbərdar etməniz xahiş olunur. Bildiriş surəti çıxardılmış işi, məlumatın götürüldüyü veb saytı (internet fəaliyyətinə aparan link) əhatə etməli, yığcam, amma sizin bütün əsərin müəllif hüququna sahib olduğunuzu və həmin şəxsin adından hərəkət etdiyinizi dəstəkləyən inandırıcı dəlil olmalıdır, həmçinin, mailinizdə xoş niyyətli davranmadığınız təqdirdə, tətbiq olunan xərcləri öhdənizə götürəcəyinizə dair bir bəyannamə də olmalıdır. Bildirişiniz [email protected] e-poçt ünvanına göndərilməlidir.

Yuxarıda qeyd olunmuş bildirişi aldığımız təqdirdə, Videoconvert administratoru və/və ya sahibi qeyd etdiyiniz məhsulu qeyri-müvafiq formada istifadə edən və iddia olunan haqları pozan istifadəçinin şəxsiyyətini təyin etmək üçün bir fayl hazırlayacaq və bu yolla həmin istifadəçinin gələcəkdə Videoconvert -ə daxil olmasına blok qoyacaqdır

5. Öhdəliyin məhdudlaşdırılması

Videoconvert -ə daxil olmaqla siz veb saytdan öz hesabınıza istifadə etdiyinizi, hüquqlar, üçüncü tərəflərin haqları və sizin istifadənizə verilmiş mövcud məhsulun istifadə şərtlərindən yeganə məsuliyyət daşıyan şəxs olduğunuzu qəbul edirsiniz.

 

Videoconvert istifadəçilərin davranışlarından və bunun nəticəsində üçüncü tərəflərdən gələn mühakimələrdən məsuliyyət daşımır, Videoconvert istifadəçiləri hüquqa və müvafiq hüquqi qanunlara, eləcə də şəxslərin mənafelərinə müvafiq və onlara əməl edən, istifadə şərtləri ilə müşayiət olunan texniki məhsullarla təmin edir.

 

Videoconvert, onun sahibi /administratoru, bütün hüquqi şəxslər və üzv şirkətlər, tərəfdaş təşkilatlar və ya eyni qrupa aid olan müqaviləli ortaqlar, işçilər və materialın tərtibatı və dərc olunması daxil, veb saytda təqdim edilmiş bütün xidmətlərinin yaradılmasında iştirak edən Mandarine International S.A.-ın digər agentlikləri, hətta əvvəldən dəyişmə ehtimalı olan itki və zərər haqqında bildiriş verildiyi hallarda belə, veb sayta daxil olmaqdan irəli gələn və ya bu veb saytdan, yaxud da onun tərkibindən istifadəyə dair, hər hansı birbaşa və ya bilavasitə zərərdən məsuliyyət daşımır. Bundan əlavə, onların məsuliyyəti Videoconvert istifadəçisinin qərəzli niyyətlə, qanuna-zidd və ya məcburi şərtlərə əməl etmədən olan istifadəsini əhatə etmir.

 

Videoconvert istifadəçini veb sayta daxil olarkən məruz qaldığı potensial kompüter virusları və ya istifadəçi və ziyarətçilərin kompüter və digər elektron cihazlarına, veb sayta daxil olunan şəbəkəyə zərər verə biləcək digər zərərli ünsürlər daxil, istənilən itkiyə görə heç bir risk qəbul etmir. Videoconvert-ə daxıl olmaq və ondan istifadə, istifadəçinin yeganə cavabdehliyi olmalıdır.
Videoconvert, veb sayt vasitəsilə mövcud olan xidmətin dəyişdirilməsindən, dayandırılmasından və ya kəsilməsindən məsuliyyət daşımır.

Oxuyucuların rəylərini əhatə edən veb sayt bölmələri üçün bu rəylərin məzmunu ilə əlaqədar məsuliyyət tamamilə onların müəlliflərinə aiddir Videoconvert.com istifadə şərtlərinə zidd, həmçinin istənilən halda Videoconvert.com sahiblərinin, tərəfdaşlarının və üçüncü tərəflərin imicinə zərər gətirən rəyləri yayımlamamaq haqqında sahibdir.

 

Videoconvert istənilən halda təmin etdiyi xidmətlərin kəsintisiz, vaxtında və xətasız olacağına zəmanət verə bilməz.

Videoconvert üçüncü tərəflərin təmin etdiyi məzmuna verilən zəmanətin dəqiqliyi ilə əlaqədar istənilən məsuliyyəti qəbul etmir.

 

İstifadəçinin Videoconvert vasitəsilə əldə etdiyi, bütün təhsil, sosial, informativ və multimedia məzmunlu fayllar ictimaiyyət tərəfindən geniş istifadə olunan xarici veb saytlarda təmin edilir. Bu veb saytlar və onların operatorları, sahib olduqları, təmin etdikləri və /və ya ötürdükləri məzmundan məsuliyyət daşıyırlar, Videoconvert üçüncü tərəflərin veb saytları ilə heç bir əlaqəyə sahib deyil, bu səbəblə də nə onların məzmunundan nə də onlara nəzarət etməkdən məsuliyyət daşımır.

6. Digər səhifələrə linklər

Videoconvert veb saytı Videoconvert administratorları tərəfindən idarə olunmayan və ya yoxlanmayan üçüncü şəxslərin veb saytlarına və ya digər xidmətlərinə olan linkləri əhatə edir. Bu linklərdən istifadə və onlara giriş istifadəçinin öz seçimidir və istifadəçi bu linklərə daxil olduqda ona müvafiq veb saytın siyasəti təqdim olunur. Lütfən, üçüncü şəxslərin veb saytlarından istifadə etməzdən, onlara şəxsi məlumatlarınızı, yaxud da bu veb saytlara və ya onlar vasitəsilə digərlərinə bir informasiya ötürməzdən əvvəl, həmin veb saytların istifadə şərtlərini və məxfilik haqqındakı bəyannamələrini oxuyun.

 

Videoconvert bu səhifələrə nəzarət etmədiyi kimi, onların mövcudluğundan, məzmunundan, ehtimal olunan müəllif hüquqları pozuntusundan, bu səhifələrin təmin etdiyi məlumatların düzgünlüyündən, təhlükəsizliyindən, sizə, kompüterinizə, yaxud da digər hər hansı bir elektron cihazınıza zərər verə biləcək kompüter virusları və ya digər bir zərərli ünsürə sahib olub-olmadıqlarından, veb sayt vasitəsilə daxil olduğunuz şəbəkədən və istənilən məlumat itkisindən məsuliyyət də daşımır. Eyni zamanda, Videoconvert, bu veb saytların təmin etdiyi müvafiq linklərə daxil olaraq, yaxud da məlumat, məzmun, dəyərlər və ya xidmətlərlə əlaqədar istifadəçilərin məruz qala biləcəyi həmin səhifədə tətbiq olunan mühakimə və ya itkilər üçün kommersiya fəaliyyəti məqsədilə bu veb saytlarda təmin olunan məhsul və ya digər material növlərinə görə cavabdeh deyil.

7. Bu şərtlərin dəyişdirilməsi

Videoconvert istifadəçiyə əvvəldən bildiriş etmədən və ya edərək istənilən an İstifadə Şərtlərinin məzmununu dəyişmə haqqına sahibdir. Yeni şərtlər veb sayta yerləşdirildiyi andan etibarən qüvvəyə minir və özündən əvvəlki hallara şamil oluna bilməz.

 

Nə dərəcədə əhəmiyyət daşımasından asılı olmayaraq, istənilən dəyişiklik və texniki şərtlərin dəyişdirilməsi tamamilə Mandarine International S.A. şirkətinin qərar və səlahiyyəti çərçivəsindədir.

Lütfən, veb saytda dərc olunduqdan dərhal sonra şərtlərdə hər hansı bir dəyişikliyin dərhal tətbiq oluna biləcəyini düşünərək bu şərtləri müntəzəm şəkildə yoxlayın və nəzərdən keçirin. Dərc olunan dəyişikliklərdən sonra veb saytın istifadəsinə davam etməniz, həmin dəyişikliklərin tərəfinizdən qəbul olunduğunu göstərir.

8. Qüvvədə olan qanun

Qüvvədə olan qanun Rumıniya Qanunudur. Videoconvert-in, hər hansı bir Videoconvert istifadəçisi ilə mübahisəsinə, yaxud da Videoconvert məhsullarının təchizatı ilə əlaqədar mübahisələrə Videoconvert-in baş ofisinin yerləşdiyi Buxarestdə, Ruminiyanın müvafiq ümumi məhkəmə orqanları tərəfindən baxılacaqdır.

9. Şikayətlər/Dəstək

Videoconvert, veb saytı və onun tərəfindən təqdim olunan xidmətlərlə əlaqədar istənilən sual, narahatçılıq, şikayət və təkliflər haqqında lütfən, bizimlə aşağıdakı e-mail ünvanı vasitəsilə əlaqə saxlayın:[email protected]

 

Ən son yenilənmə 21.12.2016 tarixində aparılıb