Tez-tez soruşulan suallar

Videoconvert.com-dan istifadə neçəyə başa gəlir?

Videoconvert.com pulsuz onlayn proqramdır. Hər hansı bir istifadəçinin onun bütün funksiyalarına tam giriş əldə etməsi üçün, bu video konverter yükləmə və quraşdırma tələb etmir.

Videoconvert.com-da video faylını necə konvert edə bilərəm?

Video faylı 5 sadə addımda konvert edə bilərsiniz:

1. Brauzerinizdə videonu açın
2. Axtarış qutusuna video linki yapışdırın
3. Sizə lazım olan video / audio formatı seçin
4. “İndi konvert et” düyməsinə basın
5. Təbriklər! Faylınız hazırdır

Videoconvert.com –dan konvert edilmiş audio /video faylı yükləmək mümkündürmü?

Konvertasiya prosesindən sonra eyni səhifədə “Yüklə” düyməsini basaraq istədiyiniz faylı onlayn video konverter vasitəsilə dərhal cihazınıza yükləyin.

Videoconvert.com videoların konvertasiya və yükləməsindən əlavə başqa funksiyalar da təqdim edirmi?

Bəli. Siz, yekun video və ya audio faylının başlanğıc və bitiş dəqiqələrini seçmək üçün bizim onlayn video konverter proqramının qabaqcıl funksiyalarından istifadə edə, və onun yalnız bir hissəsini cihazınıza yükləyə bilərsiniz.

Yükləmək istədiyim videonun URL ünvanını haradan əldə edə bilərəm?

YouTube.com və ya Vimeo.com veb saytlarından birinə daxil olun və istədiyiniz videonu açın. URL adətən brauzer pəncərənizin yuxarı hissəsində, ünvan panelində yerləşir.

Video/audio formatı nədir?

Video formatı kompüterlər üçün video və ya audio faylınızdakı bütün məlumatı, müxtəlif yollarla kompreslənərək saxlanma, həmçinin onu fərqli cihaz, eləcə də proqramlarla istifadəyə uyğun formaya gətirmə yoludur.

Nə üçün bu qədər çox format var?

Yüklənə bilən filmlər yaratmaq, audio və vizual onlayn yayımları, zəif buraxılışlı video yayımlarını saxlamaq, faylın həcmini azaltmaq və daha bir çox funksiya üçün müxtəlif formatlar və fayl genişlənmələrindən istifadə oluna bilər.

Video faylını nə üçün konvert etməliyəm və hansı formatı seçməliyəm?

Redaktə proqramı ilə işləyərkən bəzi formatlar ən yaxşılarıdır və bütün formatlar heç də digər bütün cihazlarla istifadə üçün müvafiq deyil. Videonuz üçün format seçərkən, yekun məqsədiniz haqqında düşünməlisiniz. Siz bu video ilə nə etmək istəyirsiniz? Cavablar, faylı redaktə etmək, onu veb saytda yerləşdirmək, onu onlayn video platformasında paylaşmaq, videonu televizorda və ya kompüterdə izləmək, və s. fikirlər arasında dəyişə bilər.

Videoconvert.com-da hansı audio formatları konvert edə bilərəm??

Videoconvert.com tərəfindən təqdim olunan audio formatlar bunlardır: mp3, aac, m4a and wav.

Videoconvert.com-da hansı video formatları konvert edə bilərəm?

Konvert etmək üçün mövcud video formatları bunlardır: mp4, flv, ogg, webm, mkv and avi.

Videoları hansı veb saytdan yükləməliyəm?

Hələlik siz video faylları Youtube və Vimeo-dan yükləyə bilərsiniz, amma xidmətlərimizi təkmilləşdirmək üçün davamlı səy göstərdiyimizə görə gələcəyin nə gətirəcəyini bilmək olmaz? Öyrənmək üçün bizimlə əlaqədə qalın.

Videoları istənilən veb saytdan konvert edə və ya yükləyə bilərəmmi?

Hazırda Videoconvert.com-dan video və audio fayllarınızı konvert edə və yükləyə biləcəyiniz yeganə veb saytlar populyar YouTube və Vimeo platformalarıdır.